Kremlin Maska dəstəyi Trampı özündən çıxartdı
08:57 09.07.2025
Dünya
374
Son günlər ərzində Trampın Rusiyaya və şəxsən Putinə qarşı ritorikası kəskin sərtləşib. Tramp artıq Ukraynaya silah yardımını artıracağını da deyir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
Onun fikrincə, Tramp və Putin arasında yaranan gərginliyin səbəbləri dərindədir:
“İlon Mask ABŞ-ın Federal Seçki Komissiyasına “Amerika” adlı siyasi partiyanın qeydiyyatı üçün müraciət edib. Müvafiq sənəd qurumun portalında yerləşdirilib. “Amerika Partiyası” (AMEP) üçün müraciət 2025-ci il iyulun 6-da göndərilib.
Mask X sosial şəbəkəsində bu xəbəri belə şərh edib:
“MAGA - keçmişdir.
Woke - saxta hədəfdir (respublikaçılar bu ifadə ilə demokratların tərəqqipərvər gündəmini nəzərdə tuturlar).
Orta yol - gələcəkdir.
Amerika Partiyası - əksəriyyətin partiyasıdır”.
Maskın ideoloji baxışları faşist baxışları ilə oxşardır, o, Putinin və ümumilikdə rusçuluğun pərəstişkarıdır. Avropadakı seçkilərdə Mask yalnız Putinə yaxın namizədləri dəstəkləyirdi: Almaniyada AfD-ni, Fransada Le Peni, Rumıniyada Corceskunu, Britaniyada Faracı, Macarıstanda Orbanı və s.
Ümumiyyətlə, ABŞ-da yeni bir partiyanın yaradılması (formal yox, həqiqi üçüncü güc kimi) 100 milyonlarla yox, hətta 100 milyardlarla (!) dollar və onilliklər tələb edir. Və hətta həmin onilliklər və 100 milyardlar sərf olunsa da, yeni partiyanın gələcəkdə siyasi uğurları hələ də böyük suallar doğuracaq. ABŞ-ın oturuşmuş siyasi sistemi var və 3-cü güc olaraq ortaya çıxmaq son dərəcədə çətindir, bəlkə də mümkünsüzdür. İkipartiyalı siyasi sistem ideoloji, tarixi və ərazi baxımından nəhəng bir sistemdir. Maskın bu sistemi dağıtmaq potensialı 0.0%-dir, amma...
Mask nə edə bilər?
O, Konqresə keçiriləcək seçkilərdə 5-10 nümayəndə və 3-4 senatorluğa namizədini maliyyə ilə dəstəkləyə bilər (onların “yeni partiyadan” olduğunu söyləyərək).
Əgər Mask bunu edə bilsə, onun partiyası ABŞ Konqresində söz sahibinə çevrilə bilər. Təsəvvür edin ki, demokratların Senatda 48, respublikaçıların 48, Maskın isə 4 senatoru var. Qanunun qəbulu üçün isə 51 səs lazım olacaq, hər 2 partiya kimin qapısına gələcək? Bəli, Maskın. Mask yeni partiyanı məhz bunun üçün də yaradır.
Digər önəmli məsələ ondadır ki, demokratların elektoratı heç zaman Maskın namizədinə səs verməyəcək, bu mümkün deyil, amma Trampın radikal və ultra-radikal elektoratı arasında Maska simpatiya bəsləyənlər mütləq tapılacaq. Nəticə etibarı ilə elə çıxır ki, Maskın siyasi arenaya müstəqil oyunçu kimi çıxması Trampın və ümumiyyətlə respublikaçıların elektoratını parçalayacaq.
Bəs bu hadisələrin Trampın Rusiyaya qarşı ritorikasının sərtləşməsilə nə əlaqəsi var?
1 ay qabaq Maskın atası Moskvada Duginin keçirtdiyi forumda Lavrov və Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli zabitləri ilə görüşüb. Bu, çox önəmli hadisədir.
İndi isə Duginin Mask tərəfindən yeni partiyanın yaradılmasına reaksiyasına nəzər salaq:
“Deməli, görünür ki, Mask “Amerika” adlı yeni partiya ilə irəliləməyə qərar verib. MAGA indi yolayrıcındadır. Tramp - qorxulu fiqurdur, lakin onun İranla müharibəsi, Netanyahunu tam dəstəkləməsi və neokonservatorlarla (xüsusilə Lindsi Qrehemlə) oynadığı oyunlar ona olan etimadı ciddi şəkildə sarsıtdı”.
Bunu Dugin deyib. Duginin kimliyi isə bəllidir və zərrə qədər şübhə yoxdur ki, bu bəyanat sözbəsöz Kremldən diktə edilib.
Gördüyünüz kimi, Rusiya Maskı dəstəkləyir və bu heç də təəccüblü deyil. Rusiya ümumiyyətlə heç zaman hansısa ölkədə gücünü və təsir imkanlarını 1 qüvvəyə bağlamır, eyni zamanda bir neçə qüvvə ilə işləməyə üstünlük verir.
Bəlkə “dostu Vladimirin” məhz Maskla flörtü Trampı bu qədər qıcıqlandırır? Məncə, Trampın Putinə qarşı aqressivləşməsinin kökündə məhz bu dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm