Qrossi: "Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər"
13:44 09.07.2025
Dünya
369
Almaniyanın bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan hər şeyi var.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Polşanın "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib.
"Almaniyaya nüvə silahı yaratmaq üçün çox az vaxt lazım olacaq. Bunun üçün sadəcə bir neçə ay tələb oluna bilər. Almanların bunun üçün lazım olan nüvə materialı var, bunu necə edəcəklərini bilirlər. Onların ixtiyarında bütün lazımi texnologiyalar var", - deyə Qrossi jurnalistin sualını cavablandırıb.
Eyni zamanda o, bunların yalnız hipotetik fərziyyələr olduğunu vurğulayıb.
Qrossi xəbərdarlıq edib ki, Avropa ölkələri nüvə silahı əldə etməyə çalışmamalıdır, çünki bu, dünya nizamını "cəngəllik qanunu"na çevirəcək.
"Avropa ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaqda nümunə göstərsələr, biz 20-30 ölkənin nüvə silahına malik olduğu dünyaya şahid olardıq. Axı belə silahların yaradılması potensialı bütün Qərbi Avropada, bir çox Asiya ölkələrində, həmçinin Fars körfəzi ölkələrində mövcuddur... Biz "cəngəllik qanunu"na qayıdardıq, hər kəs özbaşına hərəkət edərdi", - deyə o izah edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə