
Bakı və Ankara koordinasiyanı gücləndirir - TƏHLİL
09:19 05.08.2025
Gündəm
492
Rusiyanın təzyiqlərinin artması fonunda türk birliyi məsələsi daha çox aktuallıq qazanıb
“Regional güc mərkəzi formalaşır, TDT üzvləri təhdidlərə qarşı bir yumruq olmalıdır”
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Xatırladaq ki, nazirlər bir həftə əvvəl də telefonla əlaqə saxlayıblar. Həmin danışıq zamanı da Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.
Bununla yanaşı, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri də nəzərdən keçirilib. C.Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb. Göründüyü kimi, son günlər baş verənlər fonunda Azərbaycan və Türkiyə rəsmiləri arasında təmaslar, məsləhətləşmə və kordinasiya daha da intensivləşib.
Politoloq Turab Rzayev Sherg.az açıqlamasında deyib ki, hazırda dünyada o qədər keşməkeşli hadisələr baş verir ki, Türkiyə və Azərbaycan arasında vaxtaşırı bu cür məsləhətləşmələr tamamilə normal haldır. Ekspertin sözlərinə görə, indiki dönəmdə Azərbaycan və Türkiyə rəhbərliyi, o cümlədən rəsmilər arasında mütəmadi görüşlərin, telefon danışıqlarının, təmasların, fikir mübadiləsinin olması zərurətdir:

"Qərblə Rusiya arasında gərginlik, qarşıdurma çox yüksəkdir. ABŞ-nin Qara dənizə nüvə silahlarını daşıyacaq sualtı qayıqları göndərmək istəməsi Moskva üçün ciddi təhdid kimi dəyərləndirilir. Bunun fonunda Rusiyanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya təzyiqləri artmaqdadır. Moskva hər iki regionda öz mövqeyini möhkəmləndirməyə çalışır. Rusiya ilə Qazaxıstan arasında da gərginlik var. Digər mühüm məqam isə enerji layihələri ilə bağlıdır. Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya nəql olundu. Azərbaycan və Türkiyə Şərqdən Qərbə nəqliyyat kommunikasiyaları üzərində mühüm ölkələrdəndir. Çindən, Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat marşrutu Azərbaycan və Türkiyə üzərindən reallaşır. Xüsusən, son günlərdə Zəngəzur dəhlizi ciddi müzakirə mövzusudur".
T.Rzayev əlavə edib ki, başqa önəmli nüans Türk Dövlətləri Təşkilatı çərçivəsində türk birliyinin möhkəmlənməsi, atılacaq addımların müzakirəsidir:
"Rusiyanın təzyiqlərinin artması fonunda türk birliyi məsələsi daha çox aktuallıq qazanıb. Azərbaycanın Rusiyanın birbaşa təzyiqlərinə boyun əyməməsi Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsini, həmrəyliyini tələb edir. TDT nə qədər möhkəm olarsa, üzvlər bir-birinə o qədər çox arxayın olar, etimad edər. Türk ölkələrinin birliyinin güclü olması xarici müdaxilələri də neytrallaşdırar. Bunun reallaşması türk respublikalarının mütəmadi bir-biri ilə dialoq halında, təmasda olması, koordinasiyalı hərəkət etməsi ilə mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya