
“Super meyvə” kimi tanınır: Yaşlanmanı gecikdirir
00:46 04.09.2025
Sağlamlıq
528
Yalovanın coğrafi işarə ilə qeydiyyata alınmış kənd təsərrüfatı məhsullarından biri olan və yüksək antioksidant tərkibinə görə “super meyvə” adlandırılan aronyanın yığım mövsümünə hazırlıq gedir.
Sherg.az xəbər verir ki, bu il ikinci dəfə keçiriləcək “Yalova Aronya və Təbii Aromatik Bitkilər Festivalı” çərçivəsində ilk məhsulun yığımı 12 sentyabrda başlanacaq. Ötən il təxminən 200 ton məhsul götürülmüşdüsə, bu il 25 faiz artımla 250 ton aronya əldə ediləcəyi gözlənilir. 2012-ci ildə Yalova Atatürk Bağçılıq Tədqiqat İnstitutunda uyğunlaşdırma işlərinə başlanan bu sağlamlıq deposu meyvənin ilk bağı 2017-ci ildə İl Kənd Təsərrüfatı və Meşə İdarəsi tərəfindən salınıb. 2021-ci ildə coğrafi işarə alan aronya, hazırda 150 fermer tərəfindən 510 dekar sahədə becərilir. Meyvənin vətəni Şimali Amerikadır.
“Faydaları saymaqla bitmir”
Yığım öncəsi Ortaburun kəndində aparılan yoxlamada İl Kənd Təsərrüfatı və Meşə müdiri Mustafa İlmeç, meyvənin yetkinlik səviyyəsini ölçmək üçün “brix” dəyərini yoxlayıb. Onun sözlərinə görə, məhsulun yığımı üçün bu göstərici 18- 24 arası olmalıdır və yoxlanılan bağda aronya artıq yığım üçün hazırdır.
İlmeç bildirib:
“Aronya üzümə bənzəyən bir meyvədir. Onun əsas xüsusiyyəti çox yüksək antioksidant dəyərlərinə sahib olmasıdır. Beyin və sinir sisteminə faydalıdır, yaşlanmanı gecikdirici təsiri var, həmçinin soyuqdəymə və qripə qarşı bədənin müqavimətini artırır”.

Ləzzətli məhsulları da hazırlanır
Aronyadan yalnız təzə meyvə kimi deyil, paxlava, qatıq və peçenyə kimi müxtəlif məhsullar da hazırlanır. İlmeç qeyd edib ki, bu meyvə tədricən ölkədə tanınır və insanların dad zövqünə uyğunlaşır.
Fermerin hekayəsi
70 yaşlı Süphan Yarkın, 2019-cu ildən bəri aronya istehsalı ilə məşğuldur: “Uzun illər dövlət qulluqçusu oldum, təqaüdə çıxdıqdan sonra İl Kənd Təsərrüfatı və Meşə İdarəsinin dəstəyi ilə aronyaya başladım. İlk dəfə bir dostumun vasitəsilə tanıdım və yaxşı ki, başlamışam. Hazırda 3,5 dönümdə becərirəm. Təxminən 6 ildir istehsal edirəm. Satışda bazar problemi yaşayırıq. Keçən il məhsul az idi, hava şərtlərindən asılıdır. Bu il daha yaxşıdır, amma bir günlük qar belə məhsula təsir edə bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz