Dünyanın ən böyük aysberqi parçalandı
16:31 04.09.2025
Maraqlı
580
Dünyanın ən böyük aysberqi olan A23a yay mövsümündə Antarktida ərazisində öz sahəsinin 36%-ni itirib.
Publika.az xəbər verir ki, bu barədə Arktik və Antarktik Elmi-Tədqiqat İnstitutunun (AANİİ) "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, aysberqin sahəsi 2730 kvadrat kilometrdən 1750 kvadrat kilometrə qədər azalıb. Əsas gövdədən hər biri 60-dan 300 kvadrat kilometrə qədər sahəyə malik olan üç böyük fraqment ayrılıb.
A23a ilk dəfə 1986-cı ildə Filxner şelf buzlağından ayrıldıqda onun sahəsi 4100 kvadrat kilometrdən çox idi.
Bir neçə onillik ərzində aysberq Ueddell dənizində dayazlıqda qalıb, daha sonra Antarktida yarımadasının sahil xətti boyunca hərəkət etməyə başlayıb. 2023-cü ilin sonunda açıq dənizə çıxıb və cərəyanların təsiri ilə təxminən 930 kilometr məsafə qət edərək 2025-ci ilin əvvəlində Cənubi Corciya adasının yaxınlığına çatıb. Adadan 80 kilometr məsafədə aysberq yenidən dayazlıqda ilişib və yanvardan may ayına qədər orada qalıb. Daha sonra adanın yaxınlığında sürüşməyə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya