
Parlamentari: Azərbaycanın sülh təcrübəsi Qəzzada nümunə ola bilər\\
12:01 13.10.2025
Siyasət
410
İsrail və HƏMAS arasında iki ildir davam edən münaqişə Qəzzada humanitar böhran yaratmaqla yanaşı, beynəlxalq narahatlıq doğurur. Lakin son razılaşmalar və diplomatik təşəbbüslər, o cümlədən Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti, sülhə ümidləri artırıb.
Sammitdə Misir, Azərbaycan, ABŞ, Türkiyə, digər ölkələrdən prezidentlər və nazirlər iştirak edir. Ermənistan Baş naziri Nikol Paşinyanın da sammitə qatılması gözlənilir. Azərbaycanın bu prosesə qoşulması, regionda qazandığı təcrübə və balanslı münasibətləri baxımından xüsusi önəm daşıyır.
Millət vəkili Naqif Həmzəyev Sherg.az-a açıqlamasında iki ildir ki, İsrail və HƏMAS arasında davam edən qarşıdurmanın dünya gündəmini zəbt etdiyini qeyd edib:

"Qəzzada baş verən hadisələr beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat edir. Lakin sevindirici haldır ki, hazırda əldə olunmuş razılaşma nəticəsində sülhə doğru əhəmiyyətli bir addım atılıb və sülh prosesinin ilkin mərhələsinə start verilib. Bu mərhələ həm humanitar yardımların Qəzzaya buraxılması, həm də əsirlərin dəyişdirilməsi ilə müşayiət olunur.
Bu gün keçirilən sülh sammitindən sonra prosesin daha da intensivləşəcəyi gözlənilir. Sammit çərçivəsində əsirlərin, habelə həyatını itirən şəxslərin cəsədlərinin qarşılıqlı dəyişdirilməsi də nəzərdə tutulur. Eyni zamanda, Qəzzanın yenidən qurulması və normal həyata qayıdışı istiqamətində sammitə qatılan ölkələrin fəal iştirak edəcəyi vurğulanır. Azərbaycan da ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu sammitdə iştirak edir və Prezident İlham Əliyev bu məqsədlə işgüzar səfərdədir. Azərbaycanın bu prosesə verə biləcəyi töhfə əhəmiyyətli ola bilər. Belə ki, artıq 5 ildir ki, İkinci Qarabağ müharibəsi başa çatıb və ölkəmiz işğaldan azad olunmuş ərazilərdə-Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, quruculuq və abadlıq işlərinə start verib. Paralel olaraq “Böyük Qayıdış” Dövlət Proqramı da uğurla icra edilir.
Bundan əlavə, həmin ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycan hökumətinin zəngin təcrübəsi var və bu təcrübə Qəzzada da tətbiq oluna bilər.
Parlamentari bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında, xüsusən də sülh müqaviləsinin imzalanması istiqamətində atılan mühüm addımlarda, Zəngəzur dəhlizinin işə salınması məsələsində Donald Trampın rolu xüsusi qeyd olunmalıdır:
"Bu baxımdan, həm Azərbaycanın, həm də Ermənistanın sammitdə iştirakı təqdirəlayiqdir.
Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə yaxın münasibətlərə malik olması da ölkəmizin bu sülh prosesində mühüm rol oynamasına şərait yaradır. Mən inanıram ki, bu gün keçirilən sammit uğurlu olacaq və uzun illərdir davam edən Qəzza problemi nəhayət ki, öz həllini tapacaq. Gələcəkdə isə bu ərazilərdə normal həyata dönüş mümkün olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm