
"4 kəndin qaytarılması yekun sülh sazişi üçün mühüm hadisədir" - Politoloq
Yusif Nəzərli
08:48 21.04.2024
Gündəm
453
"Erməni tərəfi anlaşmanı hər iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanıması kimi dəyərləndirir. ABŞ və Avropanın anlaşmanı təqdir edən bəyantlarında bu məqam vurğulanır"
"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması hər şeydən əvvəl mühüm tarixi diplomatik zəfərdir. Sizin qəzetə əvvəlki açıqlamalarda iki ölkə arasında ciddi bir sülh gündəliyi olduğunu , amma istər Azərbaycan, istər Ermənistan, istərsə də xaric KİV-lərdə müşahidə etdiyimiz savaş ritorkasının bu gündəliyə uyğun olmadığını qeyd edirdik. Belə nəticələr yalnız ciddi siyasi iradə, gərgin kulisarxası diplomatiya sayəsində əldə edilir".

Bu sözləri "Sherg.az"-a açıqlamasında siyasi şərhçi Cəmaləddin Quliyev deyib. O, qazanlımış zəfərin müəlliflərini, həmin kəndlərdən didərgin düşmüş yurddaşlarımızı və bütün xalqımızı təbrik edib:
"Azərbaycan tərəfindən Prezidentin siyasi iradəsini təmsil etmiş şəxslər də həqiqətən olduqca peşəkarcasına işləyiblər. Bildiyim qədər Azərbaycanı təmsil etmiş heyətin rəhbəri indi geri qaytarılan kəndlərin, eləcə də erməni tərəfinin iddia etdiyi ərazilərin coğrafiyasını, erməni tərəfinin dilinə sözün birbaşa və məcazi mənalarında kifayət qədər yaxşı bələddir.
4 kəndin geri qaytarılması ilk növbədə ərazi bütövlüyümüzün bərpasının tamamlanmağa getməsi, yekun sülh sazişinin imzalanmasının yaxınlşması baxımdan mühümdür. Erməni tərəfi anlaşmanı hər iki ölkənin bir-birinin ərazi bütövlüyünün tanıması kimi dəyərləndirir. ABŞ və Avropanın anlaşmanı təqdir edən bəyantlarında bu məqam vurğulanır. Qərb, xüsusən ABŞ illərlə Ukrayna, Moldava, Gürcüstanla bağlı ərazi bütövlüyünü vurğulasa da, Azərbaycana gəlincə ikibaşlı ifadələrlə kifayətlənirdi.
II Qarabağ savaşının bitməsi haqda üç tərəfli bəyanat qəbul ediləndə də bu kəndlər barədə məlumat verilirdi. Lakin sonradan erməni və Rusiya tərəfinin dərc etdiyi mətnlərdə işğal olunmuş kəndlərimiz barədə müddəlar çıxarılırdı. Qərbin və Rusiyanın birmənalı olmayan yanaşmaları həmin ərazilərin geri qaytarıması önündə əngəllərin miqyasını anlamağa kömək edir".
Politoloq qeyd edir ki, həmin ərazilərin böyük strateji əhəmiyyəti- Ermənistandan Gürcüstana yükdaşımalar üzərində yerləşməsi, eləcə də İranın həmin nəqliyyat kommunikasiya xətlərini gələcəkdə Şimal –Cənub dəhlizinin Ermənistan üzərindən şaxələndrimək istədiyi marşrutun tərkibində görməsi məsələni çətinləşdirən digər bir məqam idi:
"Yəni Azərbaycan sadəcə öz ərazi bütövlüyünü beynəlxalq birliyə və regionda maraqlı olan beynəlxaq oyunçulara tanıtmayıb, həm də strateji dəhlizlər uğrunda mübarizənin növbəti raundunu da qələbə ilə başa vurub. Ermənistan istər-istəməz həmin əraziyə yaxın nəqliyyat kommunikasiya xətlərindən istifadə etmək üçün digər istiqamətdə -Zəngəzur dəhlizi ilə bağlı da güzəştlərə məcbur olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol