9 milyon tək xətt üzərində yaşayacaq!
Yusif Nəzərli
06:41 21.08.2024
Gündəm
347
Maşın yoxdur, hər yerə piyada 5 dəqiqəlik yoldur
Səudiyyə Ərəbistanı hökuməti “Gələcəyin şəhəri”ni inşa edir. Bu şəhər səhrada tikiləcək. Şəhərin uzunluğu 170 kilometr müəyyən edilib. Buranın sakinləri hər hansı məkana getmək üçün cəmi 5 dəqiqə sərf edəcəklər. Səudiyyə Ərəbistanın gənc kralı Muhamməd bin Səlman buranı “yaşanılası ən gözəl şəhər” adlandırıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Səudiyyə kralı “The Line” (Xətt) adı verilən şəhərin müasir şəhərsalmada inqilab yaradacağına əmindir. Layihəyə görə, şəhərdə əvvəlcə 2 göydələn inşa ediləcək. Şəhərin başlanğıcda uzunluğunun 170 kilometr olması və 9 milyon insanın məskunlaşması planlaşdırılıb. Bu şəhərin layihəsi 2017-ci ildə vəliəhd şahzadə tərəfindən “gələcəyin şəhəri” olaraq təsdiqlənib. Şəhərin tikintisi 2045-ci ilədək yekunlaşmalıdır. Buranın səhrada inşa edilən nəhəng şəhərə çevrilməsi, iqtisadi güc mərkəzi rolunu oynaması gözlənilir. Səhrada inşa ediləcəyinə baxmayaraq, sakinlər üçün daimi mikro-iqlim təmin ediləcək və sakinlərə hər hansı məkana getmək üçün piyada addımlamaqla cəmi 5 dəqiqə bəs edəcək. Layihənn icrası mümkünsüz görünə bilər. Lakin SƏ kralı əmindir ki, xəyalındakı şəhər mütləq tikiləcək. Yeni şəhər Qırmızı dəniz sahilində olacaq. Bura qeyri-adi memarlığı ilə seçiləcək, şəhər təsərrüfatı 100 faiz bərpaolunan enerji ilə çalışdırılacaq. Layihənin tamamlanmasına 500 milyard dollar vəsait ayrılıb. İlkin mərhələ üçün 319 milyard dollar vəsaitin sərf olunacağı bildirilib. Şəhərdə kommunikasiyanın ən əsas platforması isə sürətli elektrik qatarlarıdır. Çəkiləcək dəmir yolu xətti şəhərin müxtəlif istiqamətlərini bir-biri ilə əlaqələndirəcək. Layihədə insanların təbiətlə iç-içə yaşayacağını göstərən faktor parklar, istirahət məkanları, yaşıllıq ərazilərdir. Layihə haqqında açıqlamasında şirkət təmsilçisi Torbjorn Soltvedt yeni şəhərin dünyanın ən böyük yaşıl hidrogen təsisatına malik olacağını, günəş və külək enerjisindən istifadə ediləcəyini deyib. Qeyd edib ki, bu layihə qlobal iqlim dəyişikliyi və kütləvi şəhərləşməyə qarşı düşünülüb. Layihənin gerçəkləşməsi bölgə torpaqlarının 95 faizinin qorunmasına kömək edəcək. Şəhərdə süni intellekt bacarığından da istifadə ediləcək, sakinlərin yaşayışı ən yüksək səviyyədə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol