ABŞ Azərbaycanın yanında olacaq
04:43 01.06.2023
Gündəm
565
Vaşinqtonun Azərbaycana marağının artması, ölkə rəhbərliyinin yürütdüyü xarici siyasətlə bağlıdır
Bakı Enerji Həftəsinin açılışında ABŞ Prezidenti Co Baydenin iştirakçılara müraciəti səsləndirilib. Baydenin müraciətində vurğulanıb ki, son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar. Ağ Ev rəhbərinin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir:
"Bu tədbir ölkələrimizin təhlükəsiz və yaşıl enerji ilə bağlı sadiqliyini ifadə edir. Azərbaycan bu səylərdə vacib rol oynayır. Orta dəhlizin qurulması, Cənub Qaz Dəhlizinin çəkilməsi, bütün bu addımlar enerji mənbələrinin şaxələndirilməsi və enerji dayanıqlılığına xidmət edir. Azərbaycan qlobal səviyyədə təhlükəsiz enerji təchizatında vacib rol oynayır. Mən Azərbaycanın qlobal iqlim hədəflərinə çatmaq istiqamətində səylərindən heyrətlənirəm. Bura bərpa olunan enerji ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsi və enerji effektivliyi ilə bağlı atdığı addımlar aiddir. Bu tədbirlər həyata keçirilərkən ABŞ Azərbaycanın yanında olacaq". Müraciətdə qeyd olunub ki, Amerika həmçinin regionda davamlı və dayanıqlı sülhün əldə olunmasını dəstəkləməyə davam edəcək: "Bu, Cənubi Qafqazda gələcək nəsillər üçün çiçəklənməyə və stabilliyə töhfə verəcək. Mən qarşıdan gələn illərdə də əməkdaşlığımızı səbirsizliklə gözləyirəm".
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Sherg.az-abildirib ki, son zamanlar ABŞ-nin Azərbaycana marağının artması, daha doğrusu, baxışın müsbət yöndə dəyişməsi ölkə rəhbərliyinin yürütdüyü xarici siyasətlə bağlıdır. Professorun sözlərinə görə, Vaşinqtonun münasibətindəki dəyişikliyin səbəbi 2020-ci ildə Vətən müharibəsində qazandığımız qələbənin yaratdığı reallığın dünya gücləri tərəfindən qəbul edilməsidir:
"ABŞ dünyanın ən böyük dövlətlərindən biridir, dünyanın birqütblü idarə olunmasına cəhd edən bir ölkədir. Amerika öz maraqları naminə Rusiya və Çin kimi nəhəng dövlətləri də qarşısına alıb. Belə şəraitdə ABŞ-nin Azərbaycanla maraqlanması bizim mənafeyimizə də uyğundur. Vaşinqtonun Qafqaz siyasəti hazırda ölkəmizin də maraqları ilə üst-üstə düşür. ABŞ indiki məqamda Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəyir. Baydenin indiki müraciəti, ondan əvvəlki 28 Mayla bağlı təbriki təsadüfi deyil. Ağ Ev Cənubi Qafqaz siyasətini Azərbaycanın üzərində qurur. Bölgənin ən güclü dövləti Azərbaycandır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə də bizik. ABŞ Azərbaycanın yerləşdiyi bölgədə sabitliyin formalaşmasında, kommunikasiya və enerji xəttlərinin təhlükəsizliyində maraqlıdır. Amerikanın əsas istəklərindən biri də Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasıdır. Bu da bizim maraqlarımıza cavab verir. Ona görə də ABŞ-Azərbaycan əməkdaşlığı uğurlu alınır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou