ABŞ İranın təkliflərinə cavab verdi

Tehran hərbi əməliyyatların dayandırılması ilə bağlı İranın təklifinə ABŞ tərəfinin verdiyi cavabı araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

“İran tərəfindən təqdim olunmuş 14 maddədən ibarət həmin mətn əsasında bir neçə dəfə mesaj mübadiləsi aparılıb. Amerika tərəfinin cavabını almışıq, hazırda onu araşdırırıq”, - Bəqayi bildirib.

Pakistan mayın 18-də İranın 14 maddədən ibarət yeni təklifini ABŞ-yə çatdırıb. Mətndə əsas diqqət hərbi əməliyyatların dayandırılmasına və etimadın möhkəmləndirilməsi tədbirlərinə yönəlib.