İsrail müdafiə naziri İsrael Kats ABŞ müdafiə naziri Pit Heqsetlə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Kats ABŞ Prezidenti Donald Trampa İsrailə böyük dəstəyinə görə təşəkkür edib.
İsrail müdafiə naziri bildirib ki, Trampla Baş nazir Benyamin Netanyahu arasında İrana qarşı əməkdaşlıq regional və qlobal tarixi dəyişdirir.
Pit Heqset İsrael Katsa belə cavab verib: “Sona qədər davam edin, biz sizinləyik”.