ABŞ-nin İrana zərbələri: Ölənlərin sayı 50-yə çatıb

ABŞ-nin İrana endirdiyi hava zərbələri nəticəsində həlak olanların sayı 50-yə, yaralananların sayı isə 500-dən çoxa yüksəlib.

Sherg.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kərmanpur məlumat verib.

Onun sözlərinə görə, ölənlər arasında 5 qadın və 18 yaşdan kiçik 2 nəfər var. Yaralananlar arasında isə 32 qadın, həmçinin 18 uşaq və yeniyetmə yer alır.

Xatırladaq ki, ABŞ iyulun 12-nə keçən gecə İran ərazisində və Fars körfəzi ilə Hörmüz boğazı yaxınlığında yerləşən təxminən 140 hədəfə zərbələr endirib. İran tərəfi isə buna cavab veriləcəyini bəyan edib.