ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı

ABŞ İranla mümkün razılaşma çərçivəsində Tehrandan nüvə yanacağını durulaşdıraraq sonradan utilizasiya və ya atom elektrik stansiyalarında istifadə üçün başqa ölkəyə təhvil verməsini tələb edir.

Sherg.az xəbər verir ki, bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton nüvə yanacağının silah məqsədilə istifadəsini mümkünsüz etmək üçün onun durulaşdırılmasını, daha sonra isə ABŞ-yə və ya utilizasiya və dinc məqsədlərlə istifadə ediləcəyi başqa bir ölkəyə göndərilməsini istəyir.

Adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, nüvə proqramı ilə bağlı danışıqlar bərpa olunsa belə, proses payızadək, hətta daha uzun müddət davam edə bilər.

Bəzi ABŞ rəsmiləri isə uran ehtiyatları ilə bağlı razılığın əldə olunacağına şübhə ilə yanaşırlar. Onların fikrincə, Vaşinqton İranın uran ehtiyatlarının 2025-ci ilin iyununda ABŞ-nin zərbələr endirdiyi nüvə obyektlərinin dağıntıları altında qalacağına dair bəyanatla kifayətlənə bilər.