ABŞ hərbçiləri ölkənin Hərbi Dəniz Qüvvələrinin pilotsuz suüstü aparatını ələ keçirməyə cəhd edən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki katerini raket zərbəsi ilə məhv ediblər.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, İranın kiçik gəmiləri bu yaxınlarda ABŞ pilotsuz aparatını zərərsizləşdirməyə cəhd etsələr də, CENTCOM qüvvələrinin qətiyyətli reaksiyasından sonra buna nail ola bilməyiblər. Aparat komandanlığın nəzarəti altında qalır.