ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini, amma Tehranın təkliflərindən məmnun olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fortune” jurnalına verdiyi müsahibədə danışıb.

“Sizə bir şeyi deyə bilərəm: onlar çarəsiz şəkildə razılaşma əldə etmək istəyirlər. Əvvəl razılaşma təklif edirlər, sonra isə razılaşma ilə heç bir əlaqəsi olmayan sənəd göndərirlər. Mən onlara cavab verirəm: dəli olmusunuz?”, - Amerika lideri vurğulayıb.

Donald Tramp İranı ABŞ ilə mümkün razılaşmanın imzalanması məsələsində daha sürətli hərəkət etməyə çağıraraq qeyd edib ki, vaxt çox vacibdir.