ABŞ-nin İsraildəki səfiri Mike Huckabee İsrailin ABŞ üçün əhəmiyyətindən danışarkən diqqətçəkən açıqlama verib.
Sherg.az xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilində keçirilən konfransda çıxış edən Hakkabi bildirib ki, onun missiyası təkcə ABŞ-ı İsraildə təmsil etmək deyil, həm də amerikalılara İsrailin ölkələri üçün nə qədər vacib olduğunu anlatmaqdır.
ABŞ və İsrailin ortaq irsə malik olduğunu iddia edən diplomat, “İsrail olmasaydı, Amerika da olmazdı. Biz öz varlığımızı bu torpaqlarda baş verən hadisələrə borcluyuq”, - deyə vurğulayıb.
Hakkabinin bu fikirləri ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından sonra səsləndirilib. Tramp G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında “ABŞ olmasaydı, İsrail olmazdı” ifadəsini işlətmişdi.
Qeyd edək ki, Hakkabinin açıqlaması İsrail-ABŞ münasibətləri və Yaxın Şərqdəki proseslərlə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.