ABŞ və İran arasında atəşkəs rejiminin uzadılması ilə bağlı heç bir müzakirə aparılmayıb.
Sherg.az xəbər verir ki, bu barədə Reuters yüksəkvəzifəli iranlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran tərəfi atəşkəs razılaşmasının qüvvəyə minmə tarixinin müəyyən edilmədiyini və buna görə də onun uzadılmasına ehtiyac olmadığını düşünür.
Tərəflər vasitəçilər üzərindən ABŞ-ın aralıq razılaşmaya qayıtması və öhdəliklərin icrası üçün müddətlərin müəyyənləşdirilməsini müzakirə edirlər. Lakin bu məsələdə hələlik irəliləyiş əldə olunmayıb.
Gərginlik ABŞ Prezidenti Donald Trampın iyunun 18-də Tehranla əldə edilən atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bildirməsindən sonra yenidən artıb. Ardınca ABŞ qüvvələri İrandakı bir sıra obyektlərə zərbələr endirib. İran isə buna cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına hücumlar həyata keçirib.