Ağ Evdə gərgin görüş: Atəşkəsə cəmi 1 maddə qaldı
09:59 09.07.2025
Gündəm
272
İsrail Baş naziri Benyamin Netanyahu dünən ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtondakı Ağ Evdə bir araya gəlib.
Sherg.az xəbər verir ki, Trampın xarici siyasət üzrə nümayəndəsi Stiv Vitkoff bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub və həftəsonuna qədər Qəzzadə atəşkəs sazişinə nail olunacağına ümid var.
Netanyahu, Tramp ilə ikinci görüşlərinin əsas mövzusunun girovların azad olunması olduğunu deyib.
Netanyahu görüşdən sonra yayımlanan videoda belə deyib:
“Bütün məqsədlərimizə çatmağa qərarlıyıq: həm sağ, həm də həyatını itirmiş bütün girovların azad olunması, Həmasın hərbi və idarəetmə gücünün sıradan çıxarılması və Qəzzənin artıq İsrail üçün təhlükə mənbəyi olmamasının təmin edilməsi.”
O həmçinin ABŞ-ın vitse-prezidenti JD Vance ilə də qısa bir görüş keçirdiyini bildirib.
Qətər nümayəndə heyəti də Ağ Evdə yüksək səviyyəli ABŞ rəsmiləri ilə görüş keçirib. Məlumata görə, tərəflər arasındakı dörd əsas problemli maddədən yalnız biri qalıb və bu həftənin sonuna qədər 60 günlük atəşkəsə dair razılıq əldə olunacağı gözlənilir.
Danışıqlar çərçivəsində 10 nəfər sağ və 9 nəfər həlak olmuş girovun təhvil veriləcəyi planlaşdırılır.
"60 gündən sonra müharibə yenidən başlamayacaq"
Atəşkəs müzakirələri davam etsə də, İsrail Qəzzəni bombalamaqda davam edir və Netanyahunun ABŞ səfərinə qarşı etirazlar keçirilir.
İsrail ordusunun geri çəkiləcəyi ərazilərlə bağlı xəritələrin hazır olduğu, atəşkəsin ilk günü Qəzzanın şimalından, yeddinci günü isə cənubundan geri çəkilmənin nəzərdə tutulduğu bildirilir.
Həmas isə atəşkəsin 60 gün sonra bitəcəyi halda İsrailin birtərəfli qaydada müharibəyə yenidən başlamayacağına dair zəmanət tələb edir.
Yüzdə 80-90 faiz razılaşdırılıb
İngiltərənin "Sky News" kanalı bildirib ki, humanitar yardım bölgələrinin nə Həmasın, nə də İsrailin nəzarətində olmayan üçüncü tərəflər vasitəsilə təmin edilməsi nəzərdə tutulur.
İsrailli rəsmilər danışıqların 80-90 faizinin razılaşdırıldığını, lakin müharibəyə son qoyacaq əsas məsələnin hələ də həll edilmədiyini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm