Aktyorun vəziyyəti kritikdir: Həkimlər yaşamaq şansının az olduğunu deyir
07:37 21.08.2019
Gündəm
475
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində ciddi problem yaranıb. Yayılan məlumata əsasən, aktyor beyin insultu keçirib.
M.Qurbanovun hazırda vəziyyətinin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşı onunla əlaqə yaradıb.
Aktyorun qızı Aytən Qurbanova atasının vəziyyətinin ağır olduğunu bildirib:
"Atam bazarlıq edib evə qayıdanda halı qəflətən pisləşdi. Tez köməkləşib onu divana uzatdıq və təcili yardıma zəng vurduq. İlkin tibbi müdaxilə edilsə də, atam özünə gəlmədi. Getdikcə vəziyyəti daha da pisləşdi. Təzyiqi yüksək idi. Daha sonra onu Mərkəzi Klinik Xəstəxanaya apardıq. Orada həkimlər bildirdilər ki, beyin insultu keçirib və vəziyyəti olduqca kritikdir. Bir sözlə, onu yaşadan hazırda ürəyidir, beyni yox".
A.Qurbanova ölkədə bir çox məşhur həkimlərə atasının analiz cavablarını göndərsə də, belə vəziyyətdə heç cür kömək edə bilməyəcəklərini bildiriblər:
"Mən özüm həkiməm. Bakıda həkim qalmadı ki, danışmayım. Onlar atamın yaşamaq şansının az olduğunu, Almaniyaya, İsrailə, ABŞ-a belə aparsaq, vəziyyətinin dəyişməyəcəyini deyirlər. Ümid Allahadır. Həkimlərin bu gün, sabah verəcəkləri rəyləri gözləyirik".
Qeyd edək ki, M.Qurbanov iyulun 24-də 60 yaşını qeyd edib. O, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb. Bir çox tamaşalarda iştirak edən M.Qurbanov "Qız Qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və başqa filmlərdə də rol alıb.
Oxşar xəbərlər
Prezident “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
12:15 08.12.2025
ABŞ səfirliyi: General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi
11:44 08.12.2025
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü
16:42 08.12.2025
Siyasət
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya