Belarus Prezidenti Aleksandr Lukaşenko bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşdə bildirib ki, Minsk müharibənin qarşısını almaq üçün daim ona hazırlaşır.
Sherg.az xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, hər gün müharibə aparmaq üçün “müharibə nazirliyi” olan ABŞ-dan fərqli olaraq, Belarus müdafiəyə və mümkün münaqişələrin önlənməsinə üstünlük verir.
“Allah eləməsin, əlbəttə”, - deyə Belarus lideri əlavə edib.
Daha əvvəl Lukaşenko bəyan etmişdi ki, Belarus əsgərləri Ukraynada olmayıb və olmayacaq.