Allahşükür Paşazadə din xadimlərini Qafqazda sülh üçün səy göstərməyə çağırıb
Allahşükür Paşazadə din xadimlərini Qafqazda sülh üçün səy göstərməyə çağırıb
11:45 16.02.2024
Gündəm
363
Din xadimləri Qafqazda sülhün və sabitliyin davamlı olması üçün səy göstərməlidir.
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 16-da Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktla görüşündə deyib.
O qeyd edib ki, QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əlaqələrin yüksək səviyyədədir.
Şeyxülislam Moskva və Bütün Rusiyasının Patriarxı Kirill həzrətlərinin bu sahədə xidmətlərini xüsusi qeyd edib. A.Paşazadə 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı Patriarxın vasitəçilik missiyasını yüksək dəyərləndirərək vurğulayıb ki, məhz atılan addımlar nəticəsində problemin dini müstəviyə keçməsinin qarşısı alınıb.
Şeyxülislam Allahşükür Paşazadə Patriarx vəzifəsinə seçilməsinin 15 illiyi ilə bağlı təbriklərini və salam-dualarını Moskva və Bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinə çatdırmağı qonaqdan xahiş edib.
QMİ sədrinin sözlərinə görə, ölkəmiz ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışıb, qarşı tərəfi də buna səsləyib. Azərbaycan dövlətinin və xalqının birliyi sayəsində əzəli torpaqların azad olunduğunu, ölkəmizin suverenliyinin tam bərpa edildiyini diqqətə çatdıran Şeyxülislam həzrətləri bildirib ki, Qafqazda sülhün və sabitliyin davamlı olması üçün din xadimləri də səy göstərməlidir.
Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Moskva və Bütün Rusiyasının Patriarxı Kirillin salamlarını QMİ sədrinə yetirməkdən məmnunluq duyduğunu deyib. Qonaq Azərbaycan xalqını mühüm hadisə- fevralın 7-də keçirilən Prezident seçkiləri münasibəti ilə təbrik edib, and içərək öz vəzifəsinin icrasına başlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə uğurlar arzulayıb. Feofilakt əmin olduğunu bildirib ki, ölkə başçısı Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, burada yaşayan bütün xalqların rifahı üçün bundan sonra da yorulmadan çalışacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil