Almaniyanın "Junge Welt" nəşri yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusun Ukraynaya qarşı hərbi qarşıdurmaya hazırlaşdığı barədə açıqlamaları konkret sübutlarla təsdiqlənməyib.
Sherg.az xəbər verir ki, nəşrin məlumatına görə, Ukrayna sərhədçiləri də Belarus-Ukrayna sərhədində hərbi qüvvələrin hərəkəti və ya münaqişəyə hazırlıq əlamətlərinin müşahidə olunmadığını bildiriblər.
Məqalədə qeyd olunur ki, hazırda sərhəd bölgəsində hərbi aktivliyin artmasına dair məlumat yoxdur.
Xatırladaq ki, Zelenski mayın 21-də Belarusun Ukraynaya qarşı mümkün aqressiv addımlarının nəticələrini nəzərə almalı olduğunu bəyan etmişdi. Həmin gün Belarus Prezidenti Aleksandr Lukaşenko isə ölkəsinə hücum ediləcəyi təqdirdə sərt cavab veriləcəyini bildirmişdi.