Almaniya nəşri "Berliner Zeitung" yazır ki, Avropa Rusiya ilə münasibətləri yenidən qurmalıdır.
Sherg.az xəbər verir ki, məqalədə Beynəlxalq Sülh Bürosunun icraçı direktoru Reyner Braun bildirib ki, Qərb və Rusiya arasında dialoq bərpa olunmasa, tərəflər “gərginlik dalanında” qalacaq. Onun fikrincə, Avropa üçün Moskva ilə rasional münasibətlərin saxlanması vacibdir və qarşıdurma siyasəti uzunmüddətli həll deyil.