Ararat Mirzoyan Azərbaycanla bağlı bəyanat verdi
12:08 10.08.2025
Gündəm
377
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtondakı görüşləri və əldə olunan razılaşmaları tarixi hadisə adlandırıb.
Teleqraf Ermənistan KİV-ə istinadən xəbər verir ki, Mirzoyan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin Ağ Evdə paraflanmasını Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində mühüm mərhələ kimi dəyərləndirib.
Onun sözlərinə görə, bununla sülhün sülhün rəsmi və daimi mexanizmlərlə təmin olunması mərhələsinə start verilir.
Nazir bildirib ki, paraflamadan sonra verilən birgə bəyanatlar sərhəddə gərginliyin olmadığını və faktiki olaraq sülhün təmin edildiyini göstərir. O, həmçinin kommunikasiyaların açılması və infrastrukturun bərpası ilə bağlı mühüm danışıqlar mərhələsinin başa çatdığını, lakin texniki detallarla bağlı böyük işlərin hələ qarşıda olduğunu qeyd edib.
Mirzoyan vurğulayıb ki, Vaşinqton Bəyanatında infrastruktur layihələrinin hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində, qarşılıqlı fayda əsasında həyata keçiriləcəyi açıq şəkildə göstərilib və üçüncü tərəfin nəzarəti nəzərdə tutulmur.
O, əldə edilən razılaşma ilə Ermənistanın 35 ildən sonra blokadadan çıxdığını və Azərbaycanın dəmir yolu infrastrukturundan beynəlxalq ticarət üçün istifadə edə biləcəyini deyib.
Nazir qeyd edib ki, avqustun 11-də paraflanmış sülh sazişinin mətni ictimaiyyətə açıqlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm