ATƏT sədrinin İrəvanda möhtəşəm “Qərbi Azərbaycan” cavabı
ATƏT sədrinin İrəvanda möhtəşəm “Qərbi Azərbaycan” cavabı
08:49 13.05.2024
Gündəm
407
Hazırda İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici naziri Yan Borqa Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında təxribatçı sual verilib.
Axar.az xəbər verir ki, azərbaycanlı qaçqınların dədə-baba yurdlarına qaytarılması ilə bağlı məsələni “Azərbaycanın ərazi iddiası” kimi təqdim etməyə çalışan erməni mediasının sorğusunu ATƏT sədri cavabsız qoyub.
Belə ki, “Bakının ATƏT platformasından özünün Qərbi Azərbaycan gündəliyini və Maltanın dolayısı ilə töhfə verdiyi Ermənistana qarşı “ərazi iddialarını” təbliğ etmək üçün istifadə etməyə çalışdığı” iddia edilib.
Cavabında maltalı nazir qeyd edib ki, Maltanın ATƏT-dəki sədrliyi çox şəffaf və dürüstdür və ölkə hərtərəfli sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək niyyətindədir. Eyni zamanda, nazir xatırladıb ki, Bakı ilə İrəvan arasında proses ikitərəfli qaydada gedir. Nazir müsbət nəticə ümidi ilə hər iki paytaxtda danışıqlar aparacaq.
Sərhədin delimitasiyası ilə bağlı suala cavab verən Borq prosesin özünü konstruktiv qiymətləndirib, lakin daha dolğun fikir bildirməkdən imtina edərək prosesin ikitərəfli olduğunu, ATƏT-in bu işə qarışmadığını vurğulayıb.
Qeyd edək ki, ATƏT sədri Bakıya sabah gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə