Avropa Parlamenti Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı qətnaməyə düzəliş qəbul edib.
Teleqraf xəbər verir ki, dəyişikliyə Ukrayna Prezidenti Volodymyr Zelenskinin elit hərbi hissənin adını İkinci Dünya Müharibəsi zamanı fəaliyyət göstərən Ukrayna Üsyançı Ordusunun (UPA) adını verməsi ilə əlaqədar olub.
Hansıki bu addım artıq Kiyev və Varşava arasında diplomatik gərginliyə səbəb olub.
Avropa Parlamenti üzvlərinin əksəriyyəti Avropa Xalq Partiyasından olan polşalı deputat Andjey Halitskinin almaniyalı deputat Mixael Qalerlə birlikdə təklif etdiyi düzəlişin lehinə səs veriblər. Sənəddə Ukrayna prezidentinin səbəbsiz eskalasiyasından təəssüf ifadə olunur, eyni zamanda Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Polşanın Ukraynaya sarsılmaz vurğulanır.
Qətnamədə qeyd olunur ki, Zelenskinin qərarı Polşanın tarixi həssaslığını və UPA qurbanlarının xatirəsini nəzərə almır.
Avropa Parlamentinin üzvləri bu addımın Ukrayna ilə Polşa arasında mehriban qonşuluq münasibətlərinə zərər vurduğunu və Avropa dəyərlərinə uyğun gəlmədiyini bildirərək, tərəfləri gərginliyi azaltmağa, barışığa çağırıblar.
Ukraynada UPA Sovet hakimiyyətinə qarşı çıxan və ölkənin müstəqilliyi uğrunda mübarizə aparan bir hərəkat kimi qəbul edilir. Polşada isə bu təşkilat ilk növbədə 1943–1945-ci illərdə baş vermiş və on minlərlə polyakın həyatını itirməsinə səbəb olan Volın faciəsi ilə əlaqələndirilir. Polşa bu hadisəni soyqırımı kimi tanıyıb, Ukrayna isə bu təsnifatı qəbul etməyib.