Azad edilmiş ərazilərdə müasir hərbi obyektlər inşa edilir - RƏSMİ + VİDEO
Yusif Nəzərli
07:06 15.04.2022
Gündəm
698
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində azad olunmuş ərazilərdə hərbi avtomobillərin daima işlək və saz vəziyyətdə saxlanılması məqsədilə texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexləri yaradılır. Müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə avtomobillərə texniki xidmətin və plana uyğun mövsümi qulluğun göstərilməsi üçün hər cür şərait mövcuddur.
Texniki xidmət və təmir məntəqələrinə daxil olan avtomobil texnikalarında aşkar edilən nasazlıqlar təmir sexlərində qısa zaman ərzində aradan qaldırılaraq yenidən bölmələrin sərəncamına verilir.
Avtomobil texnikalarının fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bu məntəqələr yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin mövsümü tələblərə uyğun daim istismara hazır vəziyyətdə olması təmin edilir. Bundan əlavə, bu məntəqələrdə sex rəisi, çilingər, qaynaq və yuyunma otaqları, həmçinin AKB sexi və ZT anbarı da vardır. AKB sexi akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi üçün suyun distillə olunması, AKB doldurulması və saxlanılması otaqlarından ibarətdir.
Azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının gücləndirilməsi, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı