AZAL-da açıq-aşkar soyğunçuluqdur: Bakı-Tiflis-Bakı təyyarəsinə bilet 840 manat...

  • Bir saatlıq uçuşa sərvət istəyirlər, AZAl fürsətdən yararlanıb inhisarçı, soyğunçu rolunu məharətlə davam etdirir

“Bir səfərlə bağlı AZAL-dan aviabilet almaq istədim, Bakı-Tiflis-Bakı. 09 avqust gediș, 19 avqust dönüș. Biletin qiyməti ən ucuz tariflə bilirsiniz neçəyədir? 424 Avro,yəni 840 manat”

Bunu “Sherg.az”a açıqlamasında sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyib. İ.Hüseynli qeyd edir ki, bu, açıq-aşkar soyğunçuluqdur:

- Bu, biabırçılıqdır, soyğunçuluqdur. Mən yol xərcini araşdırmışam. Təsəvvür edin, 110 manata Tiflisə gedib qayıtmaq mümkündür. Bir halda ki, mən 110 manata gedib-qayıda bilərəmsə, niyə 840 manat xərcləməliyəm? Halbuki mən șəxsi mașınıma 50 litr dizel vurub,Tiflisə gedıb, geri “Qırmızı körpü”yə qayıdırdım. Bunu da 1.10 qəpiyə vuranda 55 manat edir. Yəni 110 manatla Tiflisə gedib,qayıda bilirdim. Tiflisdə qalmaq, yemək, gəzinti xərclərini hər kəs büdcəsinə görə müəyyənləşdirir və bu, bütün hallarda 730 manat tutmaz. Hər kəs cibinə görə hərəkət edər. AZAL-ın müəyyənləşdirdiyi qiymət isə rəsmən insanlara qarșı həm iqtisadi, həm psixoloji, həm də mənəvi basqıdır. Hələ Qazaxda, Ağıstafada yaşayanın halına baxın; 500 kilometr Bakıya gəlib burada həmin pulu təyyarə biletinə verməli və yenidən Ağstafa, qazaxın üzərindən uçmalıdır. Halbuki, oradan Tiflisə yarım saatlıq yoldur. AZAl fürsətdən yararlanıb inhisarçı, reket, soyğunçu rolunu məharətlə davam etdirir. Nəzərə alaq ki, yalnız Türkiyədə 30 minə yaxın gəncimiz təhsil alır. Onların çoxu məhz biletlərin bahalığı səbəbindən yay tətilində evlərinə qayıda bilmir.