
Azərbaycan Könüllüləri gənc seçiciləri maarifləndirəcək
Yusif Nəzərli
13:00 13.01.2024
Gündəm
20662
Azərbaycan Könüllü Təşkilatları İttifaqı 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi ilə bağlı maarifləndirici fəaliyyətlərini davam etdirir.
“Sherg.az” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Könüllülərinin “Seçki Könüllüləri” qrupu formalaşdırılıb. Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri tərəfindən "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, onların hüquq və vəzifələri” mövzusunda qrup liderləri üçün təlim həyata keçirilib, gənc seçicilərdə seçki proseduru və səsverməyə hazırlıqla bağlı yarana biləcək suallar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, yaxın günlərdə “Seçki Könüllüləri” qrupu yerlərdə fəaliyyətə başlayacaqdır.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya