Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib
Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib
12:44 10.05.2024
Gündəm
345
Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
"Report"un məlumatına görə, COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki, Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin fəsadlarını aydın şəkildə nümayiş etdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov qeyd edib ki, Azərbaycanda 2024-cü “Yaşıl Dünya Naminə Həmrəylik ili”dir, bu aksiyada iştirak Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi kimi qəbul oluna bilər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı təhlükəsiz dünyanın hamı üçün vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Rəfael Hacıbəyli də vurğulayıb ki, Azərbaycan gəncləri də yaşıl dünya üçün çalışır, bu ağacəkmə aksiyasında iştirak etməklə keniyalı həmkarları ilə həmrəylik nümayiş etdirirlər.
Qeyd edək ki, Azərbaycandan bir qrup QHT Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edir. Bu günlərdə ilk dəfə olaraq Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunub, əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət