Azərbaycan XİN Konstitusiya Günü ilə bağlı paylaşım edib 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) rəsmi ”X” sosial şəbəkə hesabında 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib.

Oxu.Az-ın məlumatına görə, paylaşımda deyilir:

“Bu gün, Azərbaycan Respublikası müstəqilliyini yenidən əldə etdikdən sonra ilk Konstitusiyamızın qəbul edilməsindən 28 il ötür. Konstitusiyamız ölkəmizin tərəqqisinin, sabitliyinin və dövlət quruculuğumuzun möhkəm təməlidir. Konstitusiya Günümüz mübarək!”