- “Bu iki şərt sülh üçün ən yaxşı və ən etibarlı təminatdır”
“Ermənistan və Azərbaycan arasında sülh soyuqdur, müharibə ən kiçik səbəbə görə yenidən başlaya bilər”. Bunu erməni konfliktoloq Hrayr Palyan deyib.
O qeyd edib ki, tərəflər nəyin üzərində razılaşmasından və ya hətta sənəd imzalamasından asılı olmayaraq, yalnız “soyuq sülh”dən danışmaq olar: “ Münaqişələr nəzəriyyəsində belə razılaşmalar formal olaraq xarakterizə edilir. Ermənistan və Azərbaycan arasındakı razılaşma da kövrək və müvəqqətidir və ən kiçik səbəb belə müharibənin yenidən başlamasına gətirib çıxara bilər”.
Tədqiqatçı- jurnalist Asəf Sherg.az-a açıqlamasında Azərbaycan dövlətinin sülhlə bağlı mövqeyinin birmənalı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur və Bakı qarşı tərəfdən də eyni mövqenin nümayiş etdirilməsini tələb edir.
A. Quliyevin fikrincə Azərbaycanın sülhə yanaşmasının digər mühüm şərti 1988-ci ilə qədər Qarabağda yaşamış erməni əsilli şəxslərin öz doğma yurdlarında yaşamaq hüququnun tanınmasıdır:
“Bu iki şərt Azərbaycan tərəfindən sülh üçün ən yaxşı və ən etibarlı təminatıdır. Əgər Ermənistan dövləti də analoji mövqedən çıxış edərsə o zaman sülh üçün heç bir təhlükə yoxdur. Əgər Ermənistanda kimsə bu mövqeni paylaşmırsa bu artıq onların öz məsuliyyətlidir”.