
Azərbaycanla sərhədə yeni terrorçular göndərilib -RƏY
Yusif Nəzərli
00:22 18.04.2025
Gündəm
539
Ekspertlər hesab edir ki, əslində, Ermənistanın bu təxribatları Azərbaycan üçün fürsətdir
Bunun qarşısını almaq, yəni aqressoru sülhə təhrik etmək üçün ilk növbədə İrəvan hökumətinə sərt ultimatum verilməlidir
“Yerkrapa” terror təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədindəki döyüş mövqelərinə yeni terrorçular göndərib. Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var. Həmçinin, separatçı əski parçasını qoluna yapışdıranlar da ortaya çıxıb. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir. Belə terrorçuların mövqelərə yerləşdirilməsi açıq təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir. İrəvan erməni ordusuna aid olmayan terrorçulara dəstək verməklə bərabər onları sərhədlərimizə göndərirsə, deməli, Ermənistan kövrək regional sabitliyi pozmaqda maraqlıdır. Bəzi ekspertlərin fikrincə, Ermənistanın demillitarizasiyası, əldə etdiyi silahlardan imtina etməsi ilə paralel şəkildə həyata keçirilməlidir.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, əslində, Ermənistanın bu təxribatları Azərbaycan üçün fürsətdir. Ekspert vurğulayıb ki, əgər Baş nazir Nikol Paşinyan öz ölkəsinin sərhədlərinə, ordusuna, ümumiyyətlə, dövlətə nəzarət edə bilmirsə, bir qrup terrorçunun öhdəsindən gələ bilmirsə, deməli, Ermənistan aqressor mahiyyətindən əl çəkməyib:

"Bunlar Azərbaycanın dövlət və sərhəd təhlükəsizliyinə açıq-aşkar təhdiddir. Bunun qarşısını almaq, yəni aqressoru sülhə təhrik etmək üçün ilk növbədə İrəvan hökumətinə sərt ultimatum verilməlidir. Ya həmin terrorçuları özləri neytrallaşdırmalı, birdəfəlik köklərini kəsməli, zərərli fəaliyyətlərinə son qoymalıdır, yaxud da Azərbaycan bütün şərti sərhəd boyu "tanpon bölgə" quracaq. İsrail öz təhlükəsizliyi üçün necə neytral zonalar təşkil edirsə, biz də edə bilərik. Düzdür, fələstinlilərə qarşı qətliam törədən İsraillə Azərbaycanı müqayisə yanlışdır. İsrail insanların başına bomba yağdırır, biz isə erməniləri Qarabağdan duz-çörəklə yola saldıq. Sadəcə, mövcud presedentləri xatırlatmaq üçün İsraili misal çəkdim".
Ə.Məmmədli xatırladıb ki, Ermənistan özü də vaxtı ilə Xankəndi və ətrafındakı rayonlarımızı işğal etməklə həmin bölgəni "tampon bölgə" elan etmişdi:
"Ona görə də Göyçə gölü daxil olmaqla 1918-ci ilin xəritələrinə uyğun təhlükəsiz xətt təşkil etməliyik. Çünki İrəvanın bir yandan sülhdən danışması, digər tərəfdən sərhədimizə terrorçuları, silahlı dəstələri yığması qəbuledilməzdir. Xüsusən, məhv olmuş qondarma rejimin əski parçalarını yenidən diriltmək yolverilməzdir. Erməniləri onların başa düşdüyü dildə başa salmaq lazımdır. Ermənilər bizim çəkdiyimiz ağrı-acını çəkməsələr ağıllanmayacaqlar. Onsuz da bizim olan Zəngəzuru, Göyçəni nəzarətə götürməliyik ki, İrəvana qaçqını başlasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm
Milli Məclis və TBMM sədrləri görüşüb
17:40 24.06.2026
Gündəm
"Əks qütblərin dostluğu" əsəri Nəcibə İlkinin təqdimatında...
17:11 24.06.2026
Ədəbiyyat
Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı
16:58 24.06.2026
Gündəm