“Rusiya Ermənistanın Azərbaycanla barışmasından və Avropa İttifaqına inteqrasiyasından məmnun deyil”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Armen Petrosyan deyib.
“Ermənistanda baş verən hadisələrin Rusiya üçün xoşagəlməz olması təbii və proqnozlaşdırılan idi. Burada olanlar Rusiyanı narahat edir. Hələlik Rusiyanın cavabı bəyanatlar formasındadır, praktiki addımlarını görmürük. Arada Zaxarovadan da Ermənistan haqda “gözəl təriflər” eşidə bilərik”, - o qeyd edib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə toxunan Petrosyan bildirib:
“Proseslər çətin olsa da, irəliləyir, qorxular azalır. Əvvəllər azərbaycanlı ekspertlər İrəvana gələrkən, Milli Təhlükəsizlik Xidmətinin bir neçə zabiti onları müşayiət edirdi, indi isə sərbəst hərəkət edirlər”.