Bakıda İƏT-ə üzv dövlətlərin Əmək Nazirləri Konfransı başlayıb
08:50 21.11.2023
Gündəm
454
Bu gün Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işinə başlayıb. Konfransın nazirlər sessiyasına hazırlıq iclası keçirilir.
Nazirlikdən APA-ya verilən xəbərə görə, iclas müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
İƏT əmək nazirlərinin 4-cü konfransının sədri Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin nümayəndəsi iclası giriş sözü ilə açaraq, konfransın üzv ölkələr arasında əlaqələrin inkişafında önəmini qeyd edib.
Sonra səsvermə ilə İƏT əmək nazirlərinin 5-ci konfransına sədrlik Azərbaycan Respublikasına həvalə olunub.
Konfransın sədri seçilən Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov göstərilən etimada görə iştirakçılara təşəkkür edib və toplantının işinə uğurlar arzulayıb.
O, İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi əhəmiyyətini, hazırki konfransın da bu istiqamətdə növbəti irəliləyişə hədəfləndiyini vurğulayıb. Nazir müavini gənclərin sayına görə İƏT-ə üzv ölkələrin dünya ölkələri arasında ön sıralarda olduğunu və həmin ölkələrdə gənclərin məşğulluğunun təminatının aparılan siyasətlərin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib.
A.Kərimov işsizliyin aradan qaldırılmasında insan kapitalının inkişafının, potensialın gücləndirilməsinin, rəqəmsal inkişafın, yüksək texnologiyaların geniş tətbiqinin xüsusi önəmini və bu mövzuların hazırkı konfrans üçün də aktual ola biləcəyini qeyd edib.
İclasda İƏT Baş Katibinin İqtisadi məsələlər üzrə müavini Əhməd Sengendo çıxış edib. Sonra ilk işçi sessiya çərçivəsində iclasın gündəliyi və proqramı qəbul edilib. Konfransın qətnamələri və İƏT Əmək Bazarı strategiyasının icrası ilə bağlı təqdimatlar edilib, müzakirələr aparılıb.
Bu gün iclasda həmçinin İƏT-in Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzinin Baş Assambleyasının açılış sessiyasına hazırlıq iclası keçiriləcək, Baş Assambleyanın sədr və sədr müavinləri, Əmək Mərkəzinin İdarəetmə Şurası sədri və sədr müavinləri, Şura üzvləri, İƏT Əmək Mərkəzinin Baş direktoru seçiləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə