Baş epidemioloqdan çağırış: "Koronavirusla bağlı şayiələrə inanmayın"
16:24 04.03.2020
Gündəm
624
Baş epidemioloq sosial şəbəkə fəallarına çağırış etdi: Koronavirusla bağlı şayiələrə inanmayın
Azərbaycan karantin xəstəlikləri ilə mübarizədə istənilən maliyyə və texniki imkanlara, yüksək hazırlıqlı kadr potensialına malikdir.
"Sherg.az"ın məlumatına görə, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminarda çıxış edən zaman Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı görülən işlərdən söz açan baş epidemioloq bildirib ki, ölkədə mövcud olan Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin bu istiqamətdə gördüyü işlər xarici ekspertlər tərəfindən çox yüksək qiymətləndirilib.
Natiq, həmçinin jurnalistləri və sosial şəbəkələrin fəallarını Azərbaycanda koronavirus epidemiyası haqqında danışarkən ehtiyatlı və məsuliyyətli olmağa, şayiələrin yayılmasına yol verməməyə çağırıb.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bugünkü tədbirin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə elmi ictimaiyyətin maarifləndirilməsi məqsədilə təşkil olunduğunu deyib, ölkədə yeni növ koronavirusun yayılmasına qarşı dövlətimiz tərəfindən görülən müxtəlif qabaqlayıcı tədbirlərdən, rəsmi orqanlar tərəfindən verilən məlumatlara əsaslanmağın vacibliyindən, problem ətrafında süni təşviş yaradılmasının ziyanlarından danışıb.
İ.Hüseynova viruslar, onların mənşəyi, yaranması və yayılması, davamlılıq mexanizmləri, həmçinin yoluxucu xəstəliklərlə mübarizə yolları barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, dünyanın 81 ölkəsində koronavirusa (COVİD-19) 93574 yoluxma və 3204 ölüm halı baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə