Baydendən Əliyevə MƏKTUB:“Ermənilərin arzusunu gözündə qoydu”
Banuçiçək Kalbalıyeva
10:49 25.03.2021
Gündəm
915
“Onlar tamamilə başqa məzmunlu bayram təbriki gözləyirdilər”
“Elə bilirdilər ki, Amerika prezidenti Qarabağ münaqişəsinə eyham vuracaq”
“Bu, ABŞ prezidentinin regionla bağlı siyasətinin həyata keçirilməsində Azərbaycana söykənəcəyindən xəbər verir”
Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl Novruz bayramı münasibətilə Azərbaycan dövlət başçısını təbrik etdi. O, tərəflər arasındakı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib:“Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaq.
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Azərbaycan və Ermənistan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. ABŞ iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.
BDU-nun professoru, politoloq Əlimusa İbrahimov sözügedən təbriki “Sherg.az”a şərh etdi:
“Co Baydenin bu səmimi məktubu növbəti dəfə ermənilərin arzularını gözündə qoydu. Onlar tamamilə başqa məzmunlu bayram təbriki gözləyirdilər. Elə bilirdilər ki, Amerika prezidenti Azərbaycan xalqının Novruz Bayramını təbrik etmək əvəzinə öz torpaqlarını işğaldan azad etdiyinə görə Qarabağ münaqişəsinə eyham vuracaq. Eyni zamanda ermənilərə güzəştə getməyi Azərbaycan prezidentindən xahiş edəcək. Bayden isə digər Amerika prezidentləri kimi, erməni yalanlarına inanmadığını göstərdi. Bu məktubla o, ermənilərin Türkiyəyə qarşı olan iddialarına da diqqət yetirməyəcəyini işarə verdi. Bildirdi ki, hər il olduğu kimi, bu il də erməni xülyası puç olacaq.”
Ə. İbrahimovun fikrincə, rəsmi Bakı ABŞ-ın diqqət mərkəzindədir:
“Co Baydenin Dağlıq Qarabağ münaqişəsinə üstüörtülü toxunması isə ondan xəbər verir ki, Amerikanın indiki rəhbərliyi hazırkı durumu dəstəkləyir. O, ermənilərin Qarabağda Azərbaycan vətəndaşlığı altında yaşamalarının tərəfdarıdır.
Təbrik məktubu Baydenin yaxın gələcəkdə regionla bağlı siyasətinin həyata keçirilməsində Azərbaycana söykənəcəyindən xəbər verir.
Deməli, nə Gürcüstan, nə Rusiya, nə də Ermənistan Amerikanın bugünkü Cənubi Qafqaz siyasətində Azərbaycan qədər ciddi əhəmiyyət kəsb etmir. Bu, Azərbaycan diplomatiyasının qələbəsi, İlham Əliyevin xarici siyasətinin təntənəsidir.
Böyük fəxrlə demək olar ki, əsgərlərimizin döyüş cəbhəsində qazandığı uğurları diplomatlarımız dəqiq addımları ilə daha da möhkəmləndirirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə