Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri ilə görüşüb + YENİLƏNİB
18:36 13.11.2023
Gündəm
434
13 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının Sədri Raşid Talbi El Alami ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Mərakeş ilə hazırkı dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə toxunub və Mərakeş-Azərbaycan dostluq qrupunun və parlamentlərarası əlaqə qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini vurğulayıb.
O, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhsil, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb.
Nazir, həmçinin müqabil tərəfi Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin işğalı, post-münaqişə dövrü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarda bərpa və yenidənqurma işləri, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar barədə məlumatlandırıb.
Görüş zamanı, həmçinin tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin yeni perspektivli sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıblar.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.
***
Saat 21:53
Xarici işlər naziri Ceyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri Raşid Talbi Əl Alami ilə görüşüb.
APA xəbər verir ki, bu barədə nazir "X" hesabında məlumat yayıb.
Görüşdə parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin vacibliyi və onların perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm