Beynəlxalq müşahidəçilər: Seçkilərdə çox yüksək səviyyədə ictimai iştirakçılıq müşahidə edirik
Beynəlxalq müşahidəçilər: Seçkilərdə çox yüksək səviyyədə ictimai iştirakçılıq müşahidə edirik
12:23 07.02.2024
Gündəm
372
"Müşahidə apardığımız bütün seçki məntəqələrində bizi çox yaxşı münasibətlə qarşıladılar və ünvanladığımız bütün suallara dolğun cavab verdilər".
Bunu APA-ya açıqlamasında beynəlxalq müşahidəçi, Beynəlxalq Parlamentarilər Konqresinin üzvü (BPK) Soro Fobeh deyib. Onun sözlərnə görə, seçki məntəqələrində beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün rahat şərait yaradılıb:
"Bizi burada qonaqpərvərliklə qarşıladılar. Bu, çox müsbət haldır və bunu dünyanın hər yerində görmək mümkün deyil. Həmçinin xüsusilə qeyd etmək istəyirəm ki, seçicilər nizam-intizamla, qaydalara riayət edərək səsvermədə iştirak edirlər".
Beynəlxalq Parlamentarilər Konqresinin daha bir beynəlxalq müşahidəçisi Barri Asmaou APA-ya açıqlamasında bildirib ki, səsvermə zamanı konfliktə rast gəlməyiblər:
"Seçkilərdə çox yüksək səviyyədə ictimai iştirakçılıq müşahidə edirik. Məntəqələrdə seçicilərin aktivliyini görürük".
O, seçkilərdə əhalinin inklüziv təbəqəsinin iştirakının xüsusilə nəzərə alındığını deyib:
"Səsvermə üçün məntəqəyə yaxınlaşa bilməyən fiziki məhdudiyyətli və yaşlı əhali üçün kiçik qutuların olduğunu, nümayəndələr tərəfindən həmin qutuların evlərə daşındığını müşahidə etdim. Bununla yanaşı yaşlı insanların məntəqələrə də yaxınlaşaraq səs verdiklərini görürük. Bununla yanaşı, gənclərin məntəqələrə gələrək vətənpərvərlik hissələrini səsvermədə iştirakla ifadə etmələri, eyni zamanda azyaşlıların valideynlərini müşahidə edərək məntəqələrə gəlməsi də diqqətimi çəkən məqamlardan oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol