Bizim və sizin İlkin
13:01 07.02.2020
Gündəm
876
Gözlərdə bir ümid, qəlblərdə bir inam
Eynən Şabranla Siyəzənin təbiəti kimi: Dağlarımız kimi vüqarlı, Xəzərimiz kimi coşğun”.
İlkin deyir bunu. Bizim İlkin. Həm də sizin İlkin. Fevralın 9-dan sonra sizi Milli Məclisdə layiqincə təmsil edəcək Şəxs.
İlkin parlamentdə sizin səsiniz olacaq. Buna qətiyyən şübhə etməyin. Bilirik, bir qədər inamsızsınız, çünki 20 ildir Sizi, Əlahəzrət seçicini Ali tribunada təmsil edən adam…sadəcə, susub. İllərlə yığılıb qalan problemlərinizi dilə gətirməyib. Parlament tribunasından səsləndirməyib. İlkin də elə həmin problemlərdən danışır. Bir ucu Siyəzəndən tutmuş Şabrana, Qəndoba, Ağalığa, Rəhimliyə, Uzunboyada, Zeyvəyə, Çölquşçuya, Padar, Şahnəzərli, Pirəmsənə qədər hər yerdə.
Nəinki kəndbəkənd, küçəbəküçə, qapı-qapı gəzdi bu günlərdə İlkin, 54 saylı Siyəzən -Şabran seçki dairəsinin ərazisini. Gözlərdə bir ümid gördü, qəlblərə bir ümid verdi. Həqiqi millət vəkilinin necə olacağı ümidini.
“Məqsədim parlamentdə xalqın səsi olmaqdır”, dedi İlkin. Və yerdən səslər eşitdi – “Səsimiz Sənindir”.
Hə, bu dəfə Siyəzən və Şabran öz millət vəkilini öz içindən seçəcək. Şimalın gözü indi ondadır. Ümumiyyətlə, 54-cü dairədə maraqla gözlənilir seçkilər. İlkinlə görüşdə Şabranın Şahnəzərli kənd sakininin dediyi yadıma düşdü: “Biz hər seçkidə namizəd görürük, deputat yox”. Amma həmin gün qarşılarında onları parlamentdə layiqincə təmsil edəcəyi heç kimdə şübhə doğurmayan cavan oğlan durmuşdu: İlkin Fikrət oğlu Xəlilov.
İlkin kənar adam deyil, şabranlıdır, Aygünlüdəndir. Bu yerlərin problemlərini, insanların hansı qayğılarla yaşadığını da gözəl bilir. İlkin həm də problemlərin həlli yollarını da göstərir. İnamlıdır. Bilirsinizmi niyə? Çünki bu problemlərin həlli o qədər də çətin deyil. Yetər ki istək ola. Bu torpağa, bu insanlara. Gerisi çox asandı. İlkini elə ilk gündən seçicilərə istədən də bu inam, hə, bir də səmimiyyəti oldu.
Təhminə nənə bilirsinizmi nə dedi Ağalıq kəndində keçirilən görüşdə? “Gündə bir deputat gəlir, nağıl danışıb, gedir” deyə, gəlib oturdu zalda qabaq sırada. Sonra gördü ki, qarşısındakı hələ deputat yox, namizəddi, nağıl da danışmır, ayrılanda qucaqlayıb öpüb getdi də İlkini. Özüylə bərabər böyük bir ümid də apardı kasıb daxmasına. Və o ümidi fevralın 9-da cücərdəcək şübhəsiz sandıq başında.
Heç kimə sirr deyil ki, hər bir dairədən, eləcə də “54”dən məhz xalqın seçdiyi deputat ortaya çıxmalı, öz tribunasından, səlahiyyətlərindən istifadə edərək mexanizmi hərəkətə gətirməlidirlər.
Xalq ona görə bu kimi işləri deputatlara yükləyir ki, həm onlara əlləri daha tez çatır və ərkləri ötür, həm də onları daha yetkili instansiya sayır. İlkin hər görüşdə də elə bunu deyir: “Mən hər zaman əlçatan olacam. Təkcə Şabran və Siyəzəndə deyil, dairənin əksər iri kəndlərində qərargahımız olacaq. Bakıya ardımca gəlməyə də ehtiyac yoxdur. Yetər ki, qərargahımıza gələsiniz, anındaca yanınızda olacam” deyir bizim namizəd”
Bəs siz nə deyirsiniz, hörmətli şabranlılar, siyəzənlilər. Bircə gün, yarımca saatınızı ayırın, sizi ruhdan salan dedi-qodulara inanmayın, məntəqələrə gedin, ona səs verin. Bizim İlkinə, sizin İlkinə, İlkin Fikrət oğlu Xəlilova. Millətin gələcək vəkilinə…
Səbuhi MƏMMƏDLİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya