BMT-də Azərbaycanın məruzəsinin təqdimatı keçirilib
18:59 24.04.2024
Gündəm
433
23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” üzrə Azərbaycan Respublikasının 5-ci dövri məruzəsinin təqdimatı keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Nazir müavini çıxış edərək, Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, son dövrlərdə ölkəmizdə həyata keçirilmiş məhkəmə islahatları, eləcə də Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində digər mütərəqqi addımlar barədə Komitə üzvlərini ətraflı məlumatlandırıb.
Nazir müavini öz çıxışında Azərbaycan Respublikasının Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 il davam edən Ermənistan işğalından azad edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisində tərəf olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirəcəyini və hüquq qaydasını tam təmin edə biləcəyini bəyan edib.
Bundan başqa, S.Şərifov Azərbaycan Respublikası hökuməti tərəfindən qanunvericilik islahatlarının dərinləşdirilməsi, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqı ilə bağlı görülmüş tədbirlər, habelə insan hüquqları və əsas azadlıqları mövzusunda hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş çoxsaylı yerli və xarici təlimlər, seminarlar və tədris proqramları barədə geniş məlumat verib.
Qeyd edilənlərlə yanaşı, Komitə üzvləri məhkəmə-hüquq sisteminin müstəqilliyinin təmin edilməsi, ədliyyə sisteminin modernləşdirilməsi, penitensiar infrastrukturunun təkmilləşdirilməsi, məhkümlara keyfiyyətli tibb xidmətlərinin göstərilməsi, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən tədbirlər, alternativ cəzaların tədbiqi, insan alveri və məişət zorakılığı ilə mübarizə, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması sahəsində qəbul edilmiş milli fəaliyyət planları və dövlət proqramları barədə məlumatlandırılaraq, Komitə üzvləri tərəfindən qaldırılan suallar dolğun şəkildə cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya