BMT-dən İsrail və Qəzza qərarı:Baş Assambleya rəsmən qəbul etdi

BMT Baş Assambleyası, İsrailin Qəzzaya humanitar yardımların tam çatmasına icazə verməsini və BMT əməliyyatlarını əngəlləməməsini tələb edən qərarı qəbul edib.

Sherg.az xəbər verir ki, BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese Qəzzanın bərpası xərclərinin İsrail, ABŞ, Almaniya, İtaliya və İngiltərə tərəfindən ödənilməli olduğunu bildirib.

Albanese İsrailin tətbiqlərinin Britaniyanın Fələstindəki kolonial siyasətindən miras qaldığını qeyd edib. O, Fələstinlilərin müqavimətinin zorakılıq deyil, öncəliklə sülh yönümlü və öz varlığını qoruma mücadiləsi olduğunu vurğulayıb.

Qərar humanitar yardımların təmin edilməsi və bölgədəki BMT fəaliyyətlərinin fasiləsiz davam etməsi üçün mühüm addım hesab edilir.