Boşluqlar var ! - “Təcili surətdə peşəkar ordu yaradılmalıdır”
Banuçiçək Kalbalıyeva
06:02 25.01.2021
Gündəm
812
“Bunun üçüm lazımi şərait- həm kadr təminatı, həm də maddi təminat mövcudur”
İkinci Qarabağ müharibəsində qazandığımız qələbə şəhid Xudayar Yusifzadənin ifasındakı məşhur misralarla desək, dastana döndü. Bu qəhrəmanlıq dastanını yazan isə Azərbaycan ordusu idi. İndi müxtəlif ekspertlər 44 günlük hərbi əməliyyatları təhlil etdikcə daxilimizdəki qürur, fəxr duyğusu daha da artır. “Gör, əsgərlərimiz necə böyük iş bacarıblar” deyə fərəhlənirik. Sağ olsunlar, biz məhz onların sayəsində yuxumuza belə girməyən uğuru qeyd etdik, sevinc göz yaşları tökdük.
İndi Birinci və İkinci Qarabağ müharibəsi qaziləri də rahatdırlar. Onlardan biri- hərbi jurnalist, ehtiyatda olan zabit, 44 günlük Vətən savaşının fatehlərindən olan İlham Tumasın “Sherg.az”a blits-müsahibəsini təqdim edirik:
-Vətən müharibəsindəki qələbəmizi necə qiymətləndirirsiniz?
Əlbəttə, bu, çox böyük və tarixi zəfərdir. Biz qərinələrdir ki, belə bir hadisəni gözləyirdik. İnşallah, bundan sonra qələbələrimizin davamı gələcək. Hələ illər əvvəl Qarabağ azad olunmadan Azərbaycanın inkişafının ləng gedəcəyi barədə yazırdım. Sağ olsun Prezidentimiz! Var olsun ordumuz! Şübhəsiz, Azərbaycan bundan sonra daha güclü olacaq.
-Qazandığımız uğurda jurnalistlərimizin rolu nədən ibarət oldu?
-Əslində sözügedən nailiyyət sosial və ictimai statusundan, vəzifəsindən asılı olmayaraq hər kəsin-bütöv Azərbaycan xalqının zəfəridir. Yəni fərqləndirmək istəmirəm. Lakin, əlbəttə, jurnalistlərimiz də əllərindən gələni etdilər. 30-a yaxın media mənsubumuzun döyüşlərə könüllü yazılmasının özü fərəhləndirici və qürurverici haldır.
-İnformasiya müharibəsi ilə bağlı deyə bilərsiniz? Peşəkar mediamızı düşmən raketlərini məharətlə dəf edən havadan müdafiə sistemləri ilə müqayisə edə bilərikmi?
-İnformasiya məkanında mübarizə aparmağı da tədricən öyrənirik. Aprel, Tovuz döyüşləri və digər hadisələr bizə xeyli təcrübə qazandırdı. Amma hər halda artilleriyamız daha dəqiqdir.
-Yəqin, təsdiq edərsiniz ki, proses general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin şəhid olması ilə başladı. Deməli, həqiqətən, mübarizə qurban tələb edir?
-Bəli, bu, həqiqətən, belədir. Bir neçə dəfə dediyim kimi, azadlıq mübarizəmiz Polad Həşimovla başladı. Cənab generalı öz şəhadəti ilə sanki əsgərlərinə “İrəli!” əmri verdi. Prezidenti İlham Əliyev də öz çıxışlarında bu məqama toxunub. Beləliklə, biz əks-hücuma başladıq və tarixi ədaləti bərpa etdik.
-Qələbəmizi möhkəmləndirmək naminə bundan sonra nələr etməliyik?
-Müəyyən problemlərin, boşluqların olduğunu etiraf etməliyik. Ona görə də təcili surətdə peşəkar ordu yaradılmalıdır. Bunun üçüm lazımi şərait- həm kadr təminatı, həm də maddi təminat var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm