
Böyük güclərin tərəzisində Azərbaycanın ağırlığı artır - Siyasi şərhçi
05:29 02.06.2023
Gündəm
432
Azərbaycanın Avropaya ənənəvi resurslarla yanaşı, alternativ enerji ixracı planları yüksək qiymətləndirilir
"ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tədbir münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları məktublar Bakı ilə Qərbin iki nəhəngi arasındakı strateji tərəfdaşlığın yüksəlməsi prosesində diqqətdən kənarda qala bilməz".
Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Böyük Britaniya qlobal sərhədlərdəki ambisiyalarını məftunedici saxlamaqdan ötrü fərqli bir metoda keçib: "O, təhlükəsizliklə enerji siyasəti harmoniyasının bazasında rəqabətli dünya modelini formalaşdırır.

İndi bərpa olunan enerji ilə bağlı çağırışlar mövcuddur. Böyük Britaniya da, ABŞ də, Çin də başa düşürlər ki, gələcəkdə öz oxlarına inteqrasiya etdirmək üçün yaşıl enerji amilindən yararlanmaq lazımdır. ABŞ-Böyük Britaniya müttəfiqliyi qlobal çağırışların həllində kompleks yanaşmaya yaşıl enerji dəhlizlərini əlavə edir, resursları və təhlükəsizlik arxitekturasını həmin modeldə qurur. Artıq yaşıl enerji silahlardan istifadə etmədən çəkindirici bir gücə çevrilir. Azərbaycanın da bu mənada Avropaya ənənəvi resurslarla yanaşı, alternativ enerji ixracı planları Vaşinqton-London tandemi tərəfindən yüksək qiymətləndirilir. Geostrateji mübarizələrin yumşaq tətbiqləri olan iqlim dəyişikliyinə qarşı mübarizədə monopoliya yaradan tərəflərin tərəzisində Azərbaycanın ağırlığı artır. Azərbaycanın enerji xəritələrindəki klassik və neoüslubdakı rolu NATO-nun iki böyük gücü olan ABŞ-Britaniya ikilisinin gözündə bu ölkə ilə təhlükəsizlik, müdafiə sahəsindəki əməkdaşlığı stimullaşdırır".
Analitik vurğulayıb ki, yaşıl qlobal iqtisadiyyat artıq təklif yox, tələbatdır:
"Dünyanın ən böyük, ən qabaqcıl iqtisadiyyatlarına malik olan dövlətlərdən tutmuş biznes strukturlarına qədər geniş sferada hərəkət tələb edir. Azərbaycan bu çərçivəyə qoşulub, dünyanın yaşıllaşması üçün “missionerlik” edən Britaniya şirkətləri üçün regionda yeni üfüqlər açılıb. Londonun xarici siyasətinin “sağ əli” olan BP şirkətinin Bakı ilə əməkdaşlıq sferasını genişləndirib. Rişi Sunakın məktubundakı enerji təhlükəsizliyi məsələsinin qabarıq göstərilməsi Londonun Bakıya bundan sonra verə biləcəyi dəstək çərçivələrini göstərir. Cozef Baydenin məktubu isə enerji təhlükəsizliyi və müdafiə təhlükəsizliyi üzrə aspektləri bir nöqtəyə gətirir, hərçənd ki, Britaniya Azərbaycanın bütün sahələr üzrə təhlükəsizliyi məsələsinə elə ABŞ-dən də böyük önəm verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial