Britaniyanın Moskvadakı səfiri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb
16:26 01.12.2023
Gündəm
503
Polad Bülbüloğlu Böyük Britaniyanın Moskvadakı səfirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Böyük Britaniyanın bu ölkəyə yeni təyin olunmuş səfiri Naydjel Keysi ilə görüşüb.
Görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət zamanı Azərbaycanın səfiri Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən görüşlər və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.
Polad Bülbüloğlu erməni əhalisinin könüllü köçməsinə Azərbaycan tərəfinin humanitar yardımından danışaraq, beynəlxalq təşkilatların nümayəndələrinin təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyini vurğulayıb və ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyətin Ermənistan və onun nəzarəti altında olan separatçı rejimin üzərinə düşdüyünü qeyd edib.
Bununla yanaşı, səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edildiyini xüsusilə vurğulayıb.
Görüş zamanı Azərbaycan və Britaniya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Böyük Britaniyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Görüşün sonunda səfir Naydjel Keysiyə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi