Bu gün Nyu-Yorkda “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığı elan ediləcək

Bu gün Nyu-Yorkda “Tramp marşrutu” (TRIPP) layihəsinə həsr olunmuş tədbir keçirəcək. Vaşinqton tədbirdə Transxəzər Sahibkarlıq Fondunun (Trans-Caspian Enterprise Fund) yaradıldığını elan etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Vaşinqtondakı müxbiri Aleks Raufoğlu X-dəki səhifəsində məlumat verib.

O bildirib ki, bu, TRIPP-in institutsional inkişafında növbəti addımla paralel şəkildə həyata keçiriləcək: “Tədbirdə 40-dan çox şirkətin, eləcə də Azərbaycan, Ermənistan və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı gözlənilir”, - Raufoğlu yazıb.