
Cənab Prezidentə inamım sonsuzdur - Rey Kərimoğlu
12:36 22.04.2024
Gündəm
505
İnşəllah, Qazağın digər 3 kəndi, Kərki kəndi də azad ediləcək
Qazağın Ermənistan tərəfindən işğal altında saxladığı 4 kəndinin – Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılması barədə əldə olunan razılaşma cənab Prezident İlham Əliyevin növbəti diplomatik uğuru və Azərbaycanın suverenliyinin bərpası istiqamətində mühüm addımdır.

Bu sözləri “Sherg.az”a açıqlamasında Qarabağ müharibəsi qazisi, hərbi jurnalist Rey Kərimoğlu bildirib.
Xatırladaq ki, ötən həftənin sonu Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın başçılıq etdikləri hökumətlərarası komissiyanın şərti dövlət sərhədindəki görüşündə Qazağın işğal altındakı 7 kəndindən 4-nün Azərbaycanba qaytarılması barədə qərar qəbul olunub. Anlaşmaya görə, may ayının 15-dək sənədləşmə işləri başa çatmalı, sonrakı mərhələdə Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiya prosesi Tavuş rayonunda başlamalı və iyulun 1-dək delimitasiya üzrə birgə komissiyanın fəaliyyət şərtləri razılaşdırılmalıdır. Qazağın işğal altındakı kəndlərinin Azərbaycana qaytarılması məsələsi ötən ilin oktyabrında masaya yatırılmışdı.
Qısa zamanda Azərbaycanın bu problemi diplomatik müstəvidə həll etməsi dövlət başçısının siaysi qətiyyətinin təsdiqidir. R.Kərimoğlu da açıqlamasında bu məqama toxundu:
- Qazağın 4 kəndinin qaytarılması qərarı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin son akkordlarıdır. Qazağın 3 kəndi, Naxçıvanın Kərki kəndi və həllini gözləyən digər məsələlər də var. Amma 4 kəndin bir güllə atılmadan, atəşsiz, itkisiz, şəhid verilmədən qaytarılması böyük uğurdur. Bu, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin diplomatik uğurunun növbəti nümunəsidir. Ən vacib məqam budur ki, Azərbaycanın suverenliyinin bərpası istiqamətində əhəmiyyətli bir addım atılıb. İnşəllah, Qazağın digər 3 kəndi, Kərki kəndi də azad ediləcək. Mən buna inanıram. Cənab Prezidentə inamım sonsuzdur. Bu hadisə, həqiqətən hər cür təqdirəlayiq, alqışlanmalı və yüksək qiymətləndirilməli hadisədir. İnanıram ki, mayın 15-dək bu məsələ hüquqi həllini tapacaq.
R.Kərimoğlu bildirdi ki, hər bir kəndin, bölgənin özünəməxsus strateji mövqeyi, əhəmiyyəti var:
- Bildiyim qədər bu kəndlər Gürcüstan və Ermənistanı birləşdirən əsas magistral yolunun üstündədir. Bu baxımdan, əlbəttə ki nəzarət imkanlarımız artacaq. Lakin, şəxsi fikrim budur ki ölkəmizin, hansı ərazilər ki tarixən Azərbaycanın olub, onlaarın hər biri, hər qarış torpaq, hər kənd, hər qəsəbə bizim üçün dəyərlidir, doğmadır, əzizdir. Və biz Vətən uğrunda döyüşəndə “bu kənd mənim, o kənd sənindi” bölgüsü aparmamışıq. 44 günlük Vətən müharibəsində də canını Vətənə fəda edənlər Azərbaycan uğrunda döyüşdülər. Bu amala söykəndiyimizə görə də qalib gəldik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi