Ceyhun Bayramov maltalı həmkarı ilə müzakirə aparıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə C.Bayramov "X" səhifəsində paylaşım edib.

"Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı", - paylaşımda vurğulanıb.