"Ermənistan rəhbərliyi artıq erməni xəstəliyindən qurtulub və indi bu müsbət tendensiyanın bütövlükdə ermənilərə ötürülməsi üçün addımlar atır"
COP29-a qədər çərçivə sülh protokolu imzalana bilər - SİYASİ ŞƏRHÇİ
13:01 22.04.2024
Gündəm
465
"Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması, delitimasiya prosesinə start verilməsi üçün müsbət hadisədir"
"Ermənistan rəhbərliyi artıq erməni xəstəliyindən qurtulub və indi bu müsbət tendensiyanın bütövlükdə ermənilərə ötürülməsi üçün addımlar atır"
Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə əldə olunan razılığa əsasən Qazaxın işğalda olan 4 kəndi gələn aydan Azərbaycana təhvil veriləcək.
Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən qaytarılması şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti qələbəsi kimi dəyərləndirilir. Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız Azərbaycana qaytarmağa razılaşması Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür. Siyasi şərhçkilər isə hesab edir ki, delimitasiya komissiyasının bu razılaşması Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delitimasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi Azərbaycanın təkidi ilə mümkün olub.
Siyasi şərhçi Asəf Quliyev “Sherg.az”a açıqlamasında deyib ki, Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması, delitimasiya prosesinə start verilməsi üçün müsbət hadisədir:
“Bu prosesi sərhədlərin müəyyənləşdirilməsi üçün ilk addım kimi də qiymətləndirə bilərik. Əsas iki mühüm məqam var. Birincisi - Ermənistan rəhbərliyi artıq erməni xəstəliyindən qurtulub və indi bu müsbət tendensiyanın bütövlükdə ermənilərə ötürülməsi üçün addımlar atır. İkincisi – kəndlərin təhvil verilməsi ilə hər iki tərəfdən sərhədçilər ərazidə yeni dislokasiya yerinə yerləşdiriləcək. Ermənistan tərəfdən isə bu günə qədər Ermənistan sərhədlərini qoruyan Rusiya Sərhəd Qoşunları yox, məhz Ermənistan Sərhəd Qoşunları ərazini nəzarətə götürəcək. Bu çox müsbət addımdır.
Atılan bu addım sülh prosesini yaxınlaşdıracaq. Amma hələlik böyük sülh sazişindən danışmaq tezdir. Ola bilər ki, COP29-a qədər ilkin hansısa bir sənəd imzalansın. Bu çərçivə sülh protokolu və ya niyyət protokolu da adlandırıla bilər. özlüyündə bunu sülh üçün də ilk addım kimi də qiymətləndirə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi