DYP hava şəraiti ilə bağlı yol hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
12:20 02.03.2020
Gündəm
541
Hazırda paytaxt ərazisində hava şəraitinin kəskin dəyişməsi, nisbətən soyuq, eləcə də yağmurlu hava şəraiti hökm sürür.
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə müraciət edib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Lent.az -a açıqlamasında sürücülərin diqqətinə çatdırıb ki, mövcud hava şəraitini nəzərə alaraq sürət həddini minimuma endirsinlər:
“Hərəkət zamanı avtomobillər arasında məsafəni normaldan artıq saxlanılmasını təmin etmək lazımdır. Eləcə də, şüsəsilənlərin saz vəziyyətdə olmasına diqqət etsinlər. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanları təmiz saxlanılmalı və aydın görsənməlidir. Yol boyu idarəetmədən diqqəti yayındıran hərəkətlər etməsinlər”.
Bundan başqa, Vaqif Əsədov bildirib ki, sürücülər yağışın yaratdığı gölməçələrlə hərəkət etdikdə ətrafda piyaların olub-olmamasına diqqət yetirsinlər:
“Sürücülər çalışmalıdırlar ki, hərəkət zamanı çirkli yağış sularını ətrafa səpələnməsin və piyadaların üstünə düşməsin. Hava və yol şəraitini nəzərə alaraq sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, getdiyi hərəkət istiqamətində hər hansı bir təhlükə yarandıqda təhlükədən yayına bilsin".
Yol polisi piyadalara da müraciət edib: “Piyadalardan xahiş olunur ki, diqqətli olsunlar. Piyadalar keçidindən istifadə etməyi unutmasınlar. Yaxınlaşmaqda olan avtomobilin sürət həddinə diqqət yetirsinlər. Hərəkətdə olan avtomobilin qarşısından qaçmaqla sürücüləri çaşdırmasınlar. Yolu keçərkən qulaqlıqdan istifadə edilməməsini tövsiyyə edirik ki, ətrafda avtomobilin səs sinqalını eşitmək mümkün olsun. Yolu keçərkən avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçin”.
Yol polisinin sərnişinlərə də müraciətində qeyd olunur ki, hərəkət zaman sürücülərlə söhbət edib diqqətini yayındırmasınlar və nəqliyyatdan istifadə edərkən yalnız dayanacaqda avtobusu gözləsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə